Çin alimlərindən önəmli kəşf: Yer planeti 24 saat günəş işığı ilə təmin olunacaq


Dünya 19 Okt 2018 14:49:00 291 0

Çin alimlərindən önəmli kəşf: Yer planeti 24 saat günəş işığı ilə təmin olunacaq

Çin kosmosa yeni "süni Ay" peyki yollayacaq.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Sinxua agentliyi yayıb.

Məlumata görə, ölkənin cənubundakı Sişuan əyalətinin Çinqdu şəhərində hazırlanacaq peykin müəyyən hissələrinin tikintisi 2020-ci ilə qədər başa çatacaq. Peyk günəş işığını Yer planetinə əks etdirmək üçün böyük güzgülərlə təchiz olunacaq.

Sözügedən peykdən 3 ədəd istehsal olunacağı bildirilir. Peyklərin 2022-ci ildə kosmosa göndərilməsi planlaşdırılır.

Çin Elmi Tədqiqat İnstitutundan bildirilib ki, peyklərə nəhəng güzgülər yerləşdiriləcək və bu peyklər 24 saat ərzində Yer planetində davamlı işıqlanmanı təmin edəcək.