"İnternet istifadəçiləri" göstəricisinə görə ölkəmiz digər MDB ölkələri ilə müqayisədə liderdir


Digərləri 19 Okt 2018 14:42:30 210 0

"İnternet istifadəçiləri" göstəricisinə görə ölkəmiz digər MDB ölkələri ilə müqayisədə liderdir

Dünya İqtisadi Forumu 2018-ci il üzrə “Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı”nı (“The Global Competiviness Report 2018”) dərc edib.

Bakı. Dünya İqtisadi Forumu 2018-ci il üzrə “Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı”nı (“The Global Competiviness Report 2018”) dərc edib. Bu hesabat yeni metodologiya (yeni nəsil “4.0”) əsasında hazırlanıb. Trend-in məlumatına görə, yeni hesabatda əvvəlki hesabatın 114 göstəricisindən 84-ü çıxarılıb və 68 yeni göstərici əlavə edilib. Ümumilikdə, sözügedən hesabatda 98 göstərici üzrə qiymətləndirmə aparılıb. Yeni hesabata əsasən, “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi”ndə Azərbaycan dünyanın 140 ölkəsi arasında 69-cu yerdədir. Bu indeks üzrə ABŞ 1-ci yeri, Sinqapur 2-ci yeri, Almaniya isə 3-cü yeri tutub. İsveçrə, Yaponiya, Hollandiya, Honkonq, Böyük Britaniya, İsveç və Danimarka kimi ölkələr isə ilk onluqda qərarlaşıb. Azərbaycan sözügedən hesabatın “Əlverişli mühit” (Enabling Environment) bölməsinin “İnstitutlar” (İnstitutions) göstəricisi üzrə 58-ci, İnfrastruktur (İnfrastructure) göstəricisi üzrə 46-cı, İKT-nin istifadə səviyyəsi (ICT adoption) göstəricisi üzrə 69-cu yerdədir.