Nazir: Qadın işçilərini stimullaşdıran şirkətlərə hökumət də güzəştlər edə bilər


Digərləri 19 Okt 2018 14:22:00 239 0

Nazir: Qadın işçilərini stimullaşdıran şirkətlərə hökumət də güzəştlər edə bilər

Azərbaycanda nə qanunvericilik, nə də inzibati sahədə qadınların əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı məhdudiyyət yoxdur.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda nə qanunvericilik, nə də inzibati sahədə qadınların əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı məhdudiyyət yoxdur. Trend-in məlumatına görə, bunu “Azərbaycanda gender əsaslı cinsi seçimin (GƏCS) qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planının” layihə sənədinin təqdimatında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazirin sözlərinə görə, qadınlar evdə də müəyyən ev işləri görməlidirlər: "Təhsil və səhiyyə sahəsində iş saatı daha az olur. Buna görə də qadınlar təhsil və tibb sahəsində işləməyə üstünlük verirlər".