Ərdoğan: Azərbaycan hər zaman Türkiyənin yanında olub


Digərləri 19 Okt 2018 14:27:31 264 0

Ərdoğan: Azərbaycan hər zaman Türkiyənin yanında olub

Azərbaycan hər zaman Türkiyənin yanında olub və qardaş ölkədir

Bakı. Rufiz Hafizoğlu – Azərbaycan hər zaman Türkiyənin yanında olub və qardaş ölkədir. Trend-in məlumatına görə, bunu STAR Neft Emalı Zavodunun açılışını şərh edərkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O qeyd edib ki, Azərbaycanın Türkiyənin yanında olması və onun nailiyyətləri Ankaranı sevindirir. Qeyd edək ki, bu gün İzmir şəhərində SOCAR-a məxsus STAR Neft Emalı Zavodunun açılışı baş tutacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin