Azərbaycanda dəfn olunan kimsəsizlərin sayı məlum oldu


Digərləri 19 Okt 2018 14:13:00 258 0

Azərbaycanda dəfn olunan kimsəsizlərin sayı məlum oldu

2018-ci ilin 9 ayı ərzində Azərbaycanda 258 kimsəsiz dəfn olunub.

Son.az xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov məlumat verib.

Kimsəsizlərin cins, yaş bölgüsünə gəlincə, S.Həsənov bu məlumatların məxfi saxlandığını diqqətə çatdırıb:

"Bizdə yalnız bir kimsəsizlər qəbristanlığı var. Kimsəsiz şəxslər bir neçə gün morqda saxlanılır. Ailə üzvləri, yaxınları tapılmadıqda həmin məzarlıqda dəfn olunur".