"Xaç atası" və "Cangüdən"in çəkildiyi malikanə satılır FOTO
Digərləri 19 Okt 2018 13:36:00 272 0
ABŞ-ın Beverli-Hills şəhərinin mərkəzində yerləşən ən məşhur və bahalı malikanələrdən biri satışa çıxarılıb.
Son.az TMZ-yə istinadən bildirir ki, malikanənin ilkin satış qiyməti 135 milyon dollardır. 1920-ci illərin sonlarında tikilmiş malikanə mediamaqnat Uilyam Rendolf Hörstə məxsusdur.
Dünya kinematoqrafiyasının tarixinə düşmüş bu malikanədə "Xaç atası" (The Godfather), "Cangüdən" (The Bodyguard) kimi filmlər çəkilib.
Mənbə: milli.az