Dilçilik İnstitutunun direktoru: "Reklamlarda ana dilini kobud şəkildə pozurlar"


Digərləri 19 Okt 2018 13:18:00 253 0

Dilçilik İnstitutunun direktoru: "Reklamlarda ana dilini kobud şəkildə pozurlar"

Dil xalqın varlığıdır, ən böyük milli sərvətidir, bizim dilimiz dünyanın ən öndə gedən qədim, ən zəngin dillərindən biridir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu AMEA-nın Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu "Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi" mövzusunda konfransda deyib:

"Azərbaycan müstəqillik qazandıqdan sonra müstəqil televiziyalar, radiolar, KİV-lər yarandı və dildə peşəkarlıq da getdi. Hər kəsin borcudur ki, ana dilini qorusun, ana dilində düzgün danışsın".