Benzema: “Mənə rahatlıq verin”


İdman 19 Okt 2018 13:17:00 282 0

Benzema: “Mənə rahatlıq verin”

Real-ın hücumçusu Kərim Benzemanın keçmiş agenti Leo de Souza məhkəməyə müraciət edib.

Goal .az xəbər verir ki, keçmiş agent futbolçunun qohumları tərəfindən oğurlandığını iddia edir. Futbolçu bu məsələyə özünün tvitter səhifəsində münasıbət bildirib: “ Dünyada nələr olur? İnsanlar niyə bu qədər yalan danışa bilirlər. Bəsdir. Mənə rahatlıq verin”.

Bir müddət əvvəl Benzema ilə Souza arasında 50 min avro üstündə mübahisə baş verdiyi deyilirdi.

Xatırladaq ki, fransızın adı əvvəllər daha bir qalmaqala qarışmışdı. Kərim Moskva Dinamosu-nun və Fransa millisinin keçmiş üzvü Matyö Valbueni şantaj etməklə ondan külli miqdarda pul tələb etmişdi. Bu hadisədən sonra Benzema Fransa millisindən uzaqlaşdırılıb.