Ermənstanın yeni baş nazirinin seçiləcəyi tarix açıqlandı


Dünya 19 Okt 2018 12:28:00 257 0

Ermənstanın yeni baş nazirinin seçiləcəyi tarix açıqlandı

Ermənistan parlamentində oktyabrın 24-də yeni baş nazir seçkisi keçiriləcək. 

Son.az report-a istinadən xəbər verir ki, bunu parlament Aparatı rəhbərinin müavini Arsen Babayan bildirib.

Onun sözlərinə görə, həmin gün qanunverici orqanın toplantısında yeni hökumət başçısını müəyyənləşdirmək üçün səsvermə olacaq.  

Ermənistan Konstitusiyasına əsasən, baş nazir və hökumət üzvləri istefa verdikdən 7 gün sonra parlamentdəki fraksiyalar bu posta yeni namizədlər irəli sürməlidir. Əgər səsvermədə yeni baş nazir seçilməzsə, o zaman 7 gündən sonra yeni seçki keçirilir. Baş nazir ikinici turda da seçilməzsə parlament buraxılır.