Bakıda qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən şəxs saxlanılıb


Digərləri 19 Okt 2018 12:12:00 225 0

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən şəxs saxlanılıb

Oktyabrın 3-də Yasamal rayonu ərazisindən bir nəfərin baş nahiyəsindən aldığı ağır xəsarətlə xəstəxanaya gətirilməsi barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.

Bakı. Oktyabrın 3-də Yasamal rayonu ərazisindən bir nəfərin baş nahiyəsindən aldığı ağır xəsarətlə xəstəxanaya gətirilməsi barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Şöbənin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və araşdırmalarla həmin şəxsin Xaçmaz rayon sakini Sərxan Qarbaşov olduğu məlum olub. Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxs də müəyyən edilib.