Damla göz yaşı tökdü: "O, sağ olsaydı..."


Şou-biznes 19 Okt 2018 12:05:00 466 0

Damla göz yaşı tökdü: "O, sağ olsaydı..."

Müğənni Damla Tolikin aparıcılığı ilə yayımlanan "Hər şey daxil" verilişinin qonağı olub. Son.az big.az-a istinadən xəbər verir ki, atasının məzarından çəkilən görüntülərə baxan xanım ifaçı göz yaşlarını saxlaya bilməyib. O, Tolikin "Atan sağ olsaydı, nə edərdin?" sualına ağlaya-ağlaya belə cavab verib: "Əgər elə bir xoşbəxtlik mənə qismət olsaydı, onu doyunca bağrıma basardım. Mən atamı konsertimdən bir neçə gün öncə itirdim. Çox istəyirdim ki, atam konsertimdə iştirak etsin. Amma qismət olmadı".

Son.az