Nazir: "Azərbaycanda qadınların orta ömrü 78 yaşdan, kişilərin orta yaşı 73dən çoxdur"


Digərləri 19 Okt 2018 11:30:00 295 0

Nazir: "Azərbaycanda qadınların orta ömrü 78 yaşdan, kişilərin orta yaşı 73dən çoxdur"

Azərbaycanda əhalinin 25,4 faizi 14-29 yaşlı gənclərdir. Azərbaycan əhalisinin gənc olması çox müsbət haldır. Amma bu, özlüyündə çağırışlar da yaradır.

Son.az report-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda Gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı layihəsinin təqdimatı zamanı deyib.

O bildirib ki, bu çağırışlardan da ən əsası məşğulluq məsələsidir: "Hər il əmək bazarında 100 mindən artıq azərbaycanlı gənc daxil olur. Bu gənclərin məşğulluq məsələsinin həll edilməsi, onların əmək bazarının tələbələrinə cavab verməsi, ixtisaslaşdırılmış kadrların yetişdirilməsi də Azərbaycan hökumətinin əsas məqsədlərindəndir".