“Etmişəmsə, əcəb etmişəm”


Şou-biznes 19 Okt 2018 11:38:00 272 0

“Etmişəmsə, əcəb etmişəm”

Əməkdar artist Mehriban Xanlarova  aparıcılıq etdiyi "Canım sizə desin" proqramını təqnid edənlərə cavab verib. 

Son.az qafqazinfo-ya istinadən  xəbər verir ki, aktrisa sosial şəbəkədə video şəklində açıqlama paylaşaraq qonağına hörmət olaraq şpaqat açdığını bildirib:

"Hər kəs bilir ki, mən aktrisayam. Əgər efirdəyəmsə, hər bir obrazı məharətlə yerinə yetirməliyəm. Azəri Vandam qonağım idi, ona hörmətsizlik olmasın deyə onunla şpaqat açmaq istədim. Halbuki bunu bacarmıram. Hər kəs gördü ki, şpaqat aça bilmədim. Sadəcə olaraq, qonağıma hörmətlə yanaşdım, elədiyi hərəkətləri təkrarladım. Küçədə insanları başıma yığıb bunları reklam üçün etməmişəm ki? Etmişəmsə, əcəb etmişəm".