Toksikologiya şöbəsinin müdiri: “Nazmehr” gəmisində zəhərlənənlər sabah evə buraxıla bilər


Digərləri 19 Okt 2018 11:25:00 259 0

Toksikologiya şöbəsinin müdiri: “Nazmehr” gəmisində zəhərlənənlər sabah evə buraxıla bilər

İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində zəhərlənən şəxslər sabah evə buraxıla bilər.

Bakı. Ceyhun Ələkbərov - İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində zəhərlənən şəxslər sabah evə buraxıla bilər. Trend-in məlumatına görə, bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib: “Zəhərlənən 8 nəfər İran vətəndaşlarının vəziyyətləri orta ağırdır, həyatlarına heç bir təhlükə yoxdur. Xəstələr bu gecə mərkəzdə qalacaqlar. Sabah müayinələrdən sonra konsilium olacaq. Hər hansı bir problem və fəsadlar olmasa, xəstələr evə buraxılacaq”. Qeyd edək ki, oktyabr 18-də saat 21:20 radələrində Xəzər dənizinin mər­kəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı mar­­şrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Naz­mehr” quru yük gəmisində heyət üzvlərinin kimyəvi zəhər­lənməsi ilə əla­qədar təxirəsalınmaz köməklik göstərilməsi üçün müra­ciət edilməsi barədə Döv­lət Dəniz Agentliyindən Dövlət Sərhəd Xid­mətinin (DSX) Sahil Mühafizəsinə məlumat daxil olub.