Tramp Qaşıqçı haqqında: “Onun öldürüldüyünə qəti əminəm”


Dünya 19 Okt 2018 11:01:35 303 0

Tramp Qaşıqçı haqqında: “Onun öldürüldüyünə qəti əminəm”

Mən onun öldürüldüyünə qəti əminəm.

Son.az report-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "New York Times" qəzetinin Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda itkin düşən jurnalist Camal Qaşıqçının öldürülüb-öldürülməməsi ilə bağlı sualını cavablandırarkən deyib. 

"Bu, çox pis hadisədir. Əgər böyük bir möcüzə baş verməsə, onun öldüyünü qəbul edirəm", - D.Tramp vurğulayıb.

O, bir çox ölkədən aldığı hesabatlara əsasən bu qənaətə gəldiyini bildirib. ABŞ Prezidenti jurnalist C.Qaşıqçının öldürülməsi barədə təlimatı verənin kimliyi ilə bağlı qəti nəticə çıxarmağın hələ tez olduğunu deyib: "Ancaq həqiqətin ortaya çıxacağına heç şübhəm yoxdur".