Hələbdə toqquşma: 85 nəfər öldü,


Dünya 19 Okt 2018 10:55:00 292 0

Hələbdə toqquşma: 85 nəfər öldü,

Suriyanın Hələb bölgəsində Bəşər Əsədə bağlı "Şebbiha" xüsusi təyinatlıları ilə İranın dəstəklədiyi silahlı qruplaşmalar arasında baş verən toqquşma nəticəsində 85 nəfər ölüb, 110 nəfər isə yaralanıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Suriyada silahlıların nəzarəti altına keçən ərazilərdən əldə edilən qənimət üstündə baş verib.

B.Əsədə sadiq ordunun hərbçiləri "Şebbiha"la İranyönlülərin toqquşmasına müdaxilə etməyib.

Hələbin ərazisinin 65 faizinə 5 il ərzində Suriya Azadlıq Ordusu nəzarət edib. Hazırda bu ordu həmin bölgələri tərk edib və ərazilər "Şebbiha" və İranyönlü silahlıların nəzarətinə keçib.