Aktaudan Bakıya gələn gəmidə zəhərlənənlərin adı məlum oldu YENİLƏNİB


Digərləri 19 Okt 2018 10:58:00 261 0

Aktaudan Bakıya gələn gəmidə zəhərlənənlərin adı məlum oldu  YENİLƏNİB

10:58

Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr" quru yük gəmisində zəhərlənən heyət üzvlərinin adları məlum olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, onlar 11.08.1987 təvəllüdlü Məhəmməd Kərəçisar Səfərli, İbrahim Zabil İxtiyar (01.10.1985), Təvəkkülü Purya Qulamirza (08.01.1991), Əhməd Məsud Məhəmmədrza (08.11.1991), Məhəmmədzaman Salmanxaleqi (1982), Vahid Mirzayi (1985), Seyid Məhəmmədi Məhəmməd (1985) və Hameddin Qulipurdur (1989).

Ümumilikdə 12 heyət üzvü zəhərlənib. 3 nəfər həkim briqadası gələnə qədər dünyasını dəyişib. 8 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Gəminin kapitanı isə xəstəxanaya köçürülməkdən imtina edib. Zəhərlənənlərin və ölənlərin hamısı İran vətəndaşlarıdır.

İlkin ehtimala əsasən, zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir.

---------- 10:51

Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr" quru yük gəmisində zəhərlənən heyət üzvlərindən 4-nün adı məlum olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, onlar 11.08.1987 təvəllüdlü Məhəmməd Kərəçisar Səfərli, İbrahim Zabil İxtiyar (01.10.1985), Təvəkkülü Purya Qulamirza (08.01.1991) və Əhməd Məsud Məhəmmədrzadır (08.11.1991).

Ümumilikdə 12 heyət üzvü zəhərlənib. 3 nəfər həkim briqadası gələnə qədər dünyasını dəyişib. 7 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Gəminin kapitanı isə xəstəxanaya köçürülməkdən imtina edib. Zəhərlənənlərin və ölənlərin hamısı İran vətəndaşlarıdır.

İlkin ehtimala əsasən, zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir.