Benzema insan oğurluğunda günahlandırılır


İdman 19 Okt 2018 11:00:00 266 0

Benzema insan oğurluğunda günahlandırılır

Real Madrid-in fransız hücumçusu Kərim Benzema insan oğurluğunda günahlandırılır.

Goal.az mediapart.fr saytına istinadən xəbər verir ki, Kərim Benzemanın keçmiş agenti Leo D'Souza onu məhkəməyə verib. Səbəb kimi keçmiş agent bildirib ki, Kərimin qohumları onu oktyabrın 8-də oğurlamaq istəyiblər. Leo bildirib ki, onun 30 yaşlı hücumçu ilə 50 min avroluq maliyyə münaqişələri olub. Fransa polisi bu işi araşdırmağa başlayıb.

Xatırladaq ki, Kərim Benzema 2015-ci ildə Matias Valbuenanı intim videoları ilə şantaj edərək pul aldığına görə millidən qovulmuşdur. Kərim Benzema bu mövsüm Real Madrid-in formasında 11 oyuna 5 qol vurmağı bacarıb.