Aktaudan Bakıya gələn gəmidə zəhərlənənlərdən 4-nün adı məlum oldu (ÖZƏL)


Digərləri 19 Okt 2018 10:44:00 220 0

Aktaudan Bakıya gələn gəmidə zəhərlənənlərdən 4-nün adı məlum oldu (ÖZƏL)

Aktaudan Bakıya gələn gəmidə zəhərlənən heyət üzvlərindən 4-nün adı məlum oldu.

Bakı. Ceyhun Ələkbərov - Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində zəhərlənən heyət üzvlərindən 4-nün adı məlum olub. Trend-in məlumatına görə, onlar 11.08.1987 təvəllüdlü Məhəmməd Kərəçisar Səfərli, İbrahim Zabil İxtiyar (01.10.1985), Təvəkkülü Purya Qulamirza (08.01.1991) və Əhməd Məsud Məhəmmədrzadır (08.11.1991). Ümumilikdə 12 heyət üzvü zəhərlənib. 3 nəfər həkim briqadası gələnə qədər dünyasını dəyişib. 7 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.