Sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşdi - FOTO


İdman 19 Okt 2018 10:38:00 322 0

Sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşdi - FOTO

Topaz Premyer Liqasında sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Goal.az-ın keçirdiyi səsvermə nəticəsində Premyer Liqada sentyabr ayının ən yaxşısı Neftçi-nin qapıçısı Səlahət Ağayev seçilib. O rəqiblərini 38,33 faiz göstərici ilə qabaqlayıb.

Xatırladaq ki, qalib PFL-in təqdim etdiyi 1 futbolçu, klub kapitanlarından ən çox səs toplayan 2 futbolçu və sentyabr ayı ərzində ən çox qol vuran namizəd arasından oxucular tərəfindən seçilib. Namizədlər arasında Səlahət Ağayevlə yanaşı, Marko Deviç (Sabah), Filip Ozobiç (Qarabağ), Şəhriyar  Əliyev (Sumqayıt).