Baş həkim: Gəmidə zəhərlənənlərdən 4 nəfərin vəziyyəti orta ağırdır (ÖZƏL)


Digərləri 19 Okt 2018 09:45:00 251 0

Baş həkim: Gəmidə zəhərlənənlərdən 4 nəfərin vəziyyəti orta ağırdır (ÖZƏL)

Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisinin zəhərlənən 12 heyət üzvündən 8 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Taksikologiya Şöbəsində müalicə olunurlar.

Bakı. Samir Əli - Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisinin zəhərlənən 12 heyət üzvündən 8 nəfəri 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsində müalicə olunurlar. Bu barədə Trend-ə özəl açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov deyib. Onun sözlərinə görə, zəhərlənənlərdən 4 nəfərin vəziyyəti orta ağır, 4 nəfərin vəziyyəti isə nisbi kafidir: "Hazırda müalicələri davam etdirilir. Həmin şəxslər gəmidə taxıla vurulan kimyəvi maddədən zəhərləniblər. Artıq zəhərlənənlərin vəziyyətləri yaxşılaşmağa doğrudur, müalicələr müsbət təsir göstərir".