İcazəsiz balıq ovlayan şəxs saxlanılıb


Digərləri 19 Okt 2018 09:33:00 202 0

İcazəsiz balıq ovlayan şəxs saxlanılıb

Xəzər dənizinin Kiçik Qızılağac körfəzində icazəsiz balıq ovlayan şəxs saxlanılıb

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Xəzər dənizinin Kiçik Qızılağac körfəzində icazəsiz balıq ovlayan şəxs saxlanılıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı brakonyerin Lənkəran rayon sakini Vidadi İbadov olduğu müəyyən edilib. Ondan ovladığı balıqlar, ov alətləri və taxta qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyer barəsində 429 manat məbləğində iddia qaldırılıb.