NASA Veneraya missiya göndərmək konsepsiyası üzərində işləyir


Digərləri 19 Okt 2018 08:40:00 291 0

NASA Veneraya missiya göndərmək konsepsiyası üzərində işləyir

ABŞ Milli Aviasiya və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) Veneraya missiya göndərmək üçün "High Altitude Venus Operational Concept" (NAVOC) adlı konsepsiya üzərində işləyir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, NASA tədqiqatlar aparmaq üçün bu planetin sıx atmosferindən istifadə etmək niyyətindədir. NAVOS sınaq məqsədi ilə kiçik missiyalar göndərmək üçün uzunmüddətli plandır. Bu missiyaların konkret tarixi açıqlanmır.

Veneranın səthində görünməmiş təzyiqin və dəhşətli istiliyin hökm sürdüyünü nəzərə alan NASA missiyalar üçün bu planetin atmosferinin üst qatlarından istifadə etmək qərarına gəlib. Agentlik bu məqsədlər üçün xüsusi dirijabllar yaratmağı planlaşdırır.

Məlumdur ki, Venera atmosferinin üst qatları Günəş sistemində Yer kürəsinə ən oxşar yerdir. Venera səthindən 50-60 kilometr hündürlükdəki təzyiq və temperatur Yer atmosferinin alt qatları ilə müqayisə oluna bilər. Bu hündürlükdə temperatur selsi ilə 20-30 dərəcə arasında dəyişir.


Xəbərə aid fotolar