Budapeştdə bomjlarla... həmrəylik nümayişi keçirilib


Digərləri 19 Okt 2018 08:26:00 247 0

Budapeştdə bomjlarla... həmrəylik nümayişi keçirilib

Oktyabrın 21-dən etibarən Macarıstanda qüvvəyə minəcək qanuna görə hər hansı şəxsin ictimai yerdə yaşaması və orada yatması qadağan ediləcək. Budapeştdə həmin düzəlişə etiraz aksiyası keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Macarıstan parlamentinin binası qarşısındakı Koşüt meydanında bir neçə yüz insan toplaşıb.

"Şəhər hamı üçündür" adlı fəallar qrupu tərəfindən təşkil olunmuş nümayişdə bu qrupun üzvü Marta Erdöxedi çıxış edib. O deyib ki, evsiz insanların cəzalandırılması bu problemin həlli deyil, bundansa həmin adamların mənzil tapmasına kömək etmək yaxşı olar.

Marta Erdöxedi daha sonra deyib ki, evsizlər üçün sığınacaqlar çox adamın təhlükəsizliyini təmin edir, evsizliyin aradan qaldırılması üçün isə daha ciddi və layiqli qərarlar qəbul edilməlidir.