Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsi kiçik və orta biznes evlərində mümkün olacaq


Digərləri 19 Okt 2018 08:15:00 306 0

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsi kiçik və orta biznes evlərində mümkün olacaq

Nazirlər Kabineti "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" fərmanının icrası ilə əlaqədar nin bəzi qərarlarda dəyişiklik edib.

Son.az bildirir ki, bu barədə sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

"Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları"nın və "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları"nın 1.1-ci bəndində "mobil səyyar xidmət bölmələri və "ASAN xidmət" mərkəzlərindəki" sözləri "mobil səyyar xidmət bölmələri, "ASAN xidmət" mərkəzlərindəki və kiçik və orta biznes evlərindəki" sözləri ilə əvəz edilsin;