Xorvatiya 2020ci ildə Şengen məkanına daxil olmaq niyyətindədir


Dünya 19 Okt 2018 07:41:00 261 0

Xorvatiya 2020ci ildə Şengen məkanına daxil olmaq niyyətindədir

Xorvatiyanın Daxili İşlər Nazirliyinin dövlət katibi Tereziya Qras ölkəsinin 2018-ci ilin sonuna kimi Şengen məkanına daxil olmaq üçün tələb olunan bütün şərtləri yerinə yetirəcəyini bildirib. O, Xorvatiyanın 2020-ci ildə Şengen məkanına daxil olmasına ümid etdiklərini deyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, onun fikrincə, Şengenə inteqrasiya ilə Xorvatiyanın və Avropa İttifaqının (Aİ) təhlükəsizliyi daha da güclənəcək. Xorvat vətəndaşların sərbəst hərəkəti iqtisadiyyat və turizm kimi sahələrin inkişafına zəmin yaradacaq.