Dünyanın ən iri pilotsuz nəqliyyat təyyarəsi uğurla sınaqdan keçirilib


Digərləri 19 Okt 2018 07:00:00 323 0

Dünyanın ən iri pilotsuz nəqliyyat təyyarəsi uğurla sınaqdan keçirilib

Çində istehsal olunan dünyanın ən iri pilotsuz nəqliyyat təyyarəsi ilk uçuş sınağını uğurla başa vurub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təyyarə oktyabrın 16-da Daxili Monqolustan Muxtar Rayonunun Baotou şəhərindəki sınaq poliqonundan havaya qalxıb.

"Feyxun-98" ("Uçan qu quşu-98") Çinin kosmik elmlər və texnika korporasiyası (CASC) tərəfindən "Yun-5B" nəqliyyat təyyarəsinin prototipinin bazasında layihələndirilib. Təyyarədə yeni pilotsuz idarəetmə sistemi tətbiq olunub.