Qızılqum səhrasında ilk dəfə dəvə yarışları keçiriləcək


Digərləri 19 Okt 2018 03:30:00 229 0

Qızılqum səhrasında ilk dəfə dəvə yarışları keçiriləcək

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təsdiq etdiyi "Mənəvi dirçəliş" proqramı çərçivəsində oktyabrın 26-da Türküstan vilayətində ilk dəfə "Safari Şardara" beynəlxalq festivalı keçiriləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Türküstan bölgəsinin turizm potensialını artırmaq məqsədilə təşkil edilən festivalın ziyarətçiləri Qızılqum səhrasının təbiəti ilə tanış olacaqlar. Festival çərçivəsində səhrada avtomobil və ilk dəfə dəvə yarışları keçiriləcək. Bundan başqa, ov quşları ilə beynəlxalq ovçuluq, motoyarış, balıqçılıq, yelkənli qayıq, avarçəkmə, voleybol və futbol yarışları da təşkil ediləcək.