"Qızları efirə çıxarıb..." Xəyalədən sərt sözlər


Şou-biznes 19 Okt 2018 02:30:00 266 0

"Qızları efirə çıxarıb..."  Xəyalədən sərt sözlər

Aparıcı-aktrisa Xəyalə Quliyeva işsizlikdən gileylənib. 

Son.az axşam.az-a istinadən bildirir ki, o, "Ən yaxşısı" proqramında telekanallardan gileylənib. Xəyalə bildirib ki, heç bir kanal onu aparıcı kimi dəvət etmir:

"14 ildir fasiləsiz efirdəyəm. Veriliş aparır, serialda çəkilirəm. Neçə ildir verilişim yoxdur. Niyə? Mənim təcrübəm, söz ehtriyatım yoxdur? Heç bir şirkət dəvət etmir ki, gəl aparıcılıq elə. Model görünüşündə qızları gətirirlər efirə, əlinə bir kağız verirlər ki, çıx oxu. Niyə? Aparıcılara baxırsan əlindəki kağızdan oxuyur. Gələn qonağa dediyi "Çox gözəlsən" sözünü belə kağızdan baxıb deyirlər".