Avropa İrana ABŞla mübarizədə kömək edəcək


Siyasət 18 Okt 2018 23:54:00 231 0

Avropa İrana ABŞla mübarizədə kömək edəcək

Avropa İttifaqı yaxın gələcəkdə ABŞ-ın sanksiyalarından yan keçməklə, İran neftini almağa və bu ölkə ilə qanuni işbirliyi qurmağa imkan verən mexanizm hazırlamaq niyyətindədir.

Son.az oxu.az-a istinadən bildirir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerini bildirib.

O qeyd edib ki, perspektivdə həmin mexanizmə İranın ənənəvi tərəfdaşı olan ölkələr, o cümlədən Asiya dövlətləri qoşula bilər.

Xatırladaq ki, avqust ayında Avropa İttifaqı ABŞ-ın İrana qarşı sanksiyalarını öz ərazisində qeyri-qanuni adlandırıb, dövlət qurumlarına və şirkətlərə onlara əməl etməyi qadağan edib.