Badamdarda istifadəyə yararlı silah aşkarlanıb (FOTO)


Digərləri 18 Okt 2018 23:43:47 287 0

Badamdarda istifadəyə yararlı silah aşkarlanıb (FOTO)

Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində silah aşkar olunub.

Bakı. Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində silah aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, oktyabrın 18-i saat 16:16-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış sahəsində silahın tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və AnchorBakı şəhəri, Səbail rayon Polis idarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.