Gecələr makiyajın silinməsi və bu prosesin vacibliyi...


Digərləri 18 Okt 2018 23:35:00 316 0

Gecələr makiyajın silinməsi və bu prosesin vacibliyi...

Hər bir qadın üçün dekorativ kosmetikanın alışı xoş emosiyalar deməkdir. Kosmetika aldıqda, biz, onun keyfiyyəti, yeni olması, parlaqlığı və həmçinin qiymətinə nəzər salırıq.

Lakin, lazımı kosmetikanı aldıqda onun lazımı görünüş yaratması üçün dərinin vəziyyəti çox önəmlidir. Bunun üçün isə istifadə etdiyimiz elə bu kosmetik vasitələri gecələr dəridən mütləq şəkildə təmizləməmiz vacibdir.

Bu mövzü hər birimiz üçün tanış olduğundan, demakiyaj adlanan bu prosedurun gündəlik olaraq edilmədiyi  heç birimiz üçün sirr deyil. Lakin bunun üz dərisinə, göz ətrafı zonaya, kipriklərə nə qədər ziyanlı olduğunu bilirsinizmi?

Yaşadığımız mühitdə havada olan işlənmiş qazlar, tikintilərin tozu və s. kimi ziyanlı təsirlə bərabər gün ərzində tərləmək nəticəsində dəridə  əmələ gələn piy qatı və hər səhər istifadə etdiyimiz kosmetik vasitələr birləşib dəriyə hopduqda, gecə təmizlənilmədən dəriyə necə təsir göstərir?

Gecələr, yuxudan öncə dəriyə hopan bu ziyanlı maddələr qatının təmizləmədiyiniz halda, rastlaşacağınız ən yüngül nəticə tıxanmış məsamələr olacaq. Bu problem haqda isə hər birimizin xəbəri olduğundan, tıxanmış məsamələr - sadəcə olaraq dərinin iltihabı, o isə sızanaqların yaranması deməkdir.

Həmçinin dərinin tıxanmış məsamələri onun nəfəs almasına mane olur, və nəticədə dəri oksigen almayaraq, solğun və xəstə halı alır.

Dəridən əlavə kipriklərə sürtülən tuş, gün ərzində gözəl örünüş yaratsa da, gecələr təmizlənmədikdə, kipriklərin qurumasına və kövrək olmasına gətirir. Məhz bu səbəbdən belə hallarda səhərlər yastığın üzərində bir neçə kiprik görə bilərsiniz.