20 min uşaq ölüm təhlükəsi ilə üzüzə


Dünya 18 Okt 2018 23:37:00 207 0

20 min uşaq ölüm təhlükəsi ilə üzüzə

Cənubi Sudanda bu ilin sonuna qədər 20 min uşaq aclıqdan ölə bilər.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Save the Children" beynəlxalq təşkilatı məlumat yayıb.

Vətəndaş müharibəsi səbəbindən hazırda Cənubi Sudanda 1 milyonu uşaq olmaqla ümumilikdə 6 milyon insanın qidaya ehtiyacı olduğu bildirilir. Təşkilatın açıqlamasına görə, 2018-ci ilin sonuna qədər zəif qidalanmaya görə, 20 min uşaq həyatını itirə bilər.