Səsiniz barədə maraqlı


Digərləri 18 Okt 2018 23:05:00 287 0

Səsiniz barədə maraqlı

Hər kəs unikal səsilə doğulur. Necə biri olmağınızın fərqi yoxdur - çərənçi, müğənni, əla oğlan - səsiniz təkrarsızdır. Bəs hər insanın malik olduğu bu ecazkar alət barədə nə bilirsiniz?

BBC-nin Elmi proqramı "The Curious Cases of Rutherford & Fry" bu məsələni araşdırıb və bəzi maraqlı faktlar əldə edib:

1. Sizin anadangəlmə aksentiniz var

Körpələr valideyinlərinin ləhcəsini hələ ana bətnində olarkən mənimsəməyə başlayırlar.

Tədqiqatçılar Fransa və Almaniyada yeni doğulan körpələri müşahidə edərək müəyyən ediblər ki, körpələrin ağlaması səsi onların ana dilinin vəznini təkrarlayır.

"Tüklü bədən. Hər kəsin bədənində tük var" - burada qəribə olan nədir?

Araşdırmaçılar təyin ediblər ki, bu xüsusiyyət əsasında körpələri onların ağlama səsinə uyğun olaraq ölkələrinə müvafiq ayırmaq mümkündür.

2. Boğazınızdakı səs aparatının içərisində nə baş verir?

Sizin səsinizin əmələ gəlmə prosesi döş qəfəsinizdən başlayır - nəfəs aldığınız havanı boğazınızdakı səs aparatına göndərdiyiniz zamandan.

Səs tellərindən hava axını keçəndə həmin tellər titrəməyə başlayır, nəticədə, cingiltili bir səs yaranır.

Bundan sonra çənə, dil və damağınızın yumşaq hissəsi hərəkətə gəlməklə səsiniz formalaşır.

3. Niyə səsiniz qalınlaşır?

Oğlanlarda yeniyetmə yaşlarında səs yoğunlaşır - çünki kişilərdə boğazın səs şöbəsi həmin dövrdə aşağı enir, boğazlarında xirtdək əmələ gəlir.

Səs şöbəsilə ağız arasında məsafə uzanır, nəticədə, kişilərin səsi daha yoğun çıxır.

Qadınlarda da oxşar proses amma daha zəif şəkildə, menopauza dövründə olur, nəticədə. onların səsi bir qədər yoğunlaşır.

4. Səsinizi xoşladığınız adamların səsinə oxşatmağ çalışırsınız