Azərbaycan nefti ucuzlaşır


Digərləri 18 Okt 2018 23:07:43 230 0

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 17-də 80,85 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 17-də 80,85 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamı gününə olan göstəricidən 0,84 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 17-də 80,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,84 dollar/barel azdır.