Rəşid Mahmudov əməliyyat olundu


Digərləri 18 Okt 2018 22:58:00 515 0

Rəşid Mahmudov əməliyyat olundu

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun səhhətində problemlər yarandığı haqda xəbər vermişdik.

Son.az modern.az-a istinadən bildirir ki, qarın boşluğunda yaranan ağrılar səbəbindən Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilən Rəşid Mahmudov bu gün əməliyyat olunub.

Bu haqda onun həmkarı, Tibb Universitetinin müəllimi Əli Əliyev bildirib: "Dostumuz, kolleqam, layiqli ziyalımız Rəşid Mahmudovun səhhəti ictimaiyyəti ciddi narahat edir. Bu gün Rəşid müəllim əməliyyat olunub. Uğurlu keçib. Sabah mütləq özü ilə görüşəcəyəm. Durumu yaxşıdır. İnşallah qısa müddətdə bərpa olunacaq. Narahatlığa əsas yoxdur".