Avropanın ən ucuz qış xizək kurortu seçildi FOTO


Digərləri 18 Okt 2018 22:41:00 334 0

Avropanın ən ucuz qış xizək kurortu seçildi  FOTO

"Lonely Planet" turizm bələdçisi nəşri Bolqarıstanın Bansko kurortunu Avropanın ən ucuz dağlıq xizək kurortu elan edib. Banskoda altı günlük istirahət orta hesabla 460 avro təşkil edir. Ucuzluğuna görə, ikinci yeri İtaliyanın Pyemonte, üçüncü yeri isə Sloveniyanın Krasna Qora kurortları qərarlaşıb. İlk beşliyi İsveçin Vemdalen və Avstriyanın Rauris kurortları tamamlayıblar.

Hesabatın hazırlanmasında xizəklə sürüşmək üçün icazə, xizəklərin kirayəsi, dağüstü kafe və restoranlarda naharın və içkilərin qiyməti nəzərə alınıb.


Xəbərə aid fotolar