Yeni iPad və Mac təqdim olunacaq


Digərləri 18 Okt 2018 22:36:00 206 0

Yeni iPad və Mac təqdim olunacaq

"Apple Inc." şirkəti oktyabrın 30-da "Mac" fərdi kompüteri və "iPad" planşetinin yeni versiyalarının təqdimatını edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, təqdimat mərasimi Nyu-York şəhərində keçiriləcək.

Şirkət yalnız hər il keçirilən mərasimin tarix və yerini açıqlayıb, ancaq ekspertlər gözləyir ki, mərasimdə məhz bu yenilənmiş qadjetlər təqdim olunacaq. Xüsusən də, 11-düymlük "iPad Pro"nun təqdimatı gözlənilir. Ehtimal olunur ki, "MacBook Air" kompüterinin ekranı yenilənəcək.