Kometa və asteroid arasındakı fərq nədir?


Digərləri 18 Okt 2018 22:20:00 673 0

Kometa və asteroid arasındakı fərq nədir?

Davamlı bir-birlərinin yerinə istifadə edilərək bir məna qarışıqlığına səbəb olan kometaların və asteroidlərin arasındakı fərq əslində olduqca sadədir, bu onların strukturlarındakı fərqli maddələrdən irəli gəlir.

Son.az deyerler.org-a istinadən bildirir ki, Günəş sistemində planetlər və peyklərdən başqa davamlı ortalıqda gəzən bəzi göy cisimləri var. Məsələn asteroidlər bəzən Yer kürəsini də ziyarət edirlər ya da kometaların yağışlarını tez-tez eşidirik və görə bilmək üçün başımızı qaldırırıq. Lakin bu iki göy cisimi arasındakı incə və dəqiq fərq unudulur.

Aralarındakı fərqə keçmədən əvvəl hansı göy cismlərinə asteroid və kometanın deyildiyinə qısaca toxunaq. Günəş sisteminin ən kiçik göy cisimləri olan bu cütlük, əslində planetlər, peyklər və bütün Günəş sisteminin meydana gəlməsindən artıq qalan parçalardan ibarətdir və hamısı Günəşin orbitində hərəkət edir. Bu nöqtəyə qədər bütün xüsusiyyətləri ortaq olan asteroidlər ilə kometaların bir-biridən ayrıldığı nöqtə isə strukturlarını meydana gətirən fərqli quruluşdakı maddələrdir.

Asteroidlər qayalıqlardan və metallardan ibarətdir, kometaların quruluşunu meydana gətirən materialların əsasını buz, qaya parçaları və təbii maddələr təşkil edir. İki göy cisimi arasındakı bir başqa fərq isə Günəş ətrafındakı orbitlərdir. Kometaların orbitlərini asteroidlərin orbitləri ilə müqayisə etdikdə, çox daha nizamsız və dairə olmaqdan uzaqdır.