Həmkarlarınızı nəyə görə qucaqlamamalısınız?


Digərləri 18 Okt 2018 22:25:00 216 0

Həmkarlarınızı nəyə görə qucaqlamamalısınız?

İş yerində davranış məsələlərinə həsr olunan "Menecerdən soruş" adlı rubrikanın müəllifi Alison Green iş yerində adi əlsıxma ilə salamlaşmaq əvəzinə, qucaqlaşma ənənəsinin yayıldığını qeyd edərək, "əlsıxmanın nəyi pisdir ki?" sualını qaldırır.

İşdə uzun müddət görmədiyiniz həmkarınızı salamlayırsınız - o isə, gözlənilmədən, xəbərdarlıq etmədən, həvəslə qollarını geniş açaraq sizi qucaqlamaq istəyir.

Qucaqlaşma adətən yaxın dostlar və ya ailə üzvləri arasında baş verir, lakin son vaxtlar bu növ salamlaşma iş yerlərinə də yol tapmaqdadır.

Qucaqlaşma iş yerində heç də həmişə normal sayılmır, amma qeyri-rəsmi ab-hava hökm sürdüyü iş yerlərində belə salamlaşma üsullarına tez-tez rast gəlmək mümkündür.

Bir çox iş yerlərində, xüsusilə, rəsmilik olmayan yerlərdə qucaqlaşma bir salamlaşma növü kimi geniş yayılıb, Alison Green deyir.

Bu, qucaqlaşmaya vərdiş etməmiş bizlərə qəribə görünə bilər. Müxtəlif insanların qucqlaşma üsulu ilə salamlaşmaya münasibəti fərqlidir.

Bu məsələyə dair aydın qaydaların olmaması isə məsələni qəlizləşdirir.

Əlbəttə ki, iş yerində qucaqlaşmaya dair davranış qaydaları və ya kodeksi olsa, bundan yararlanmaq olar.

Mənə qalsa, bu kodeksdə, sadəcə bir cümlə yazardım: "Həmkarlarınızı qucaqlamayın!" - vəssalam.

Ola bilsin ki, mən kobud adamam, amma həqiqətən də, fiziki kontakta girmək istəməyənləri bu cür əziyyətə salmamaq mümkündürmü?

Xüsusilə də, bu, insanlara "yox, mən qucaqlaşmaq istəmirəm" deməyin çətin olduğu iş yerlərinə aiddir, çünki həmkarlarınla soyuq və ya qeyri-dostcasına davranan kimi görünməkdən çəkinirsən.

Odur ki, qucaqlaşma həvəskarları yadda saxlamalıdırlar ki, həmkarkarı bunu sevmirlər! Bizim heç də hamımız həmkarımızı qucaqlamaq həvəsində deyilik.

Alison hesab edir ki, iş yerində hər adamın qucaqlaşmanı sevmədiyini açıq bildirməyə hünəri çatmır.

Lakin, təəssüf ki, qucaqlaşmanı sevənlər düşünürlər ki, ətrafdakılar da qucaqlaşmağı sevir və qəribədir ki, belələri işdə qucaqlaşmaq istəməyən çoxsaylı həmkarlarını nəzərə almırlar.