2050ci ilədək dünya əhalisi 2,2 milyard nəfər artacaq


Dünya 18 Okt 2018 22:02:00 260 0

2050ci ilədək dünya əhalisi 2,2 milyard nəfər artacaq

BMT-nin Əhali Fondunun (UNFPA) proqnozuna görə, dünya əhalisi 2050-ci ilədək 2,2 milyard nəfər artacaq və əsrin ortalarında mavi planetdə 10 milyarda yaxın insan yaşayacaq.

Bu barədə məlumatı fondun direktoru Monika Ferrero Cenevrədə təqdim olunan hesabatda açıqlayıb.

Təşkilatın hesabatında, həmçinin qeyd edilir ki, göstərilən dövrdə dünya əhalisinin artımının yarısı - 1,3 milyard nəfər Subsahara regionunun payına düşəcək. Hazırda dünya əhalisinin 17 faizinin yaşadığı Afrikada əsrin ortalarında dünya əhalisinin 26 faizi məskunlaşmış olacaq. Saharadan cənubda yerləşən Afrika ölkələrində əhalinin tibbi sığorta və maariflənmə səviyyəsi, qadın hüquqlarının vəziyyəti və digər məsələlər demoqrafik artım fonunda yaxın onilliklərdə daha ciddi vəziyyət ala bilər. Eyni zamanda, silahlı münaqişələr, təbii fəlakətlər, siyasi qeyri-sabitlik və əhalinin sürətli artımı bu regionda böhranların sayını artıra və əhalinin ərzaqla təminatını çətinləşdirə bilər.