Paltaryuyan maşınlarımız günahkardırmı?


Digərləri 18 Okt 2018 22:05:00 263 0

Paltaryuyan maşınlarımız günahkardırmı?

Bilirdinizmi ki, hər dəfə paltar yuyan zaman dünyanın plastik problemini bir az daha artırmış olursunuz?

Geyimlərinizin yarlıqlarına bir nəzər salın. Araşdırmalara görə, əgər paltarlarınızın tərkibində süni yolla əldə edilmiş liflər varsa, onları yumaqla dünyanın dənizlərini təhlükə altında qoymuş olursunuz.

Lakin zərəri azaltmağın bəzi yolları var. Bunların bəzilərini təqdim edirik.

Problem nədədir?

Poliefir yun hər yumada 1 milyon lif buraxa bilər

Paltarları yuyan zaman sintetik geyimlər suya xırda tellər buraxırlar ki, bu da bir yuma üçün 700 min lif deməkdir.

Uzunluğu bir millimetrdən də az olan həmin mikroliflər təbii ki, su yolları vasitəsilə dənizlərə axır.

Parçalar arasında ən pisi isə poliefir, akril və neylondur.

Bir poliefir yunlu jaket hər yumada 1 milyon lif buraxa bilər, bir araşdırmada belə deyilir. Bir cüt poliefir corab isə 136 min...

Manchester Universitetinin alimləri bu liflərin Birləşmiş Krallıq (BK) boyunca çay yataqlarını çirkləndirdiyini aşkarlayıblar.

Bu həftə millət vəkillərinin də vurğuladığı araşdırmada göstərilir ki, balıq və digər su canlıları həmin lifləri yeməli olurlar və beləliklə, həmin liflər qidalarımızda əksini tapır.

Bu ilin əvvəli alimlər, Britaniya sularındakı və BK supermarketlərindən alınan hər bir midyə nümunəsində alt paltarlarının ipcikləri də daxil olmaqla liflər tapıblar.

Exeter Universiteti tərəfindən həyata keçirilən bir araşdırmada isə ətraf-mühitdəki mikroliflərin heyvanların davranışına təsir göstərdiyi aşkarlanıb.

Bəs mən buna qarşı nə edə bilərəm?

Paltaryuyan maşınınızı daha çox dolduraraq ziyanı azalda bilərsiniz

Paltar yumağı sevməyənlər üçün yeni bəhanələr və ya edə biləcəyiniz dəyişikliklər: