Maddələr mübadiləsini saat kimi dəqiq işlədəcək 10 ərzaq


Digərləri 18 Okt 2018 21:55:00 278 0

Maddələr mübadiləsini saat kimi dəqiq işlədəcək 10 ərzaq

Hər bir insanın orqanizminə xas maddələr mübadiləsi sürəti var. Amma yetərincə yatıb, məşq edib, lazımi miqdarda su içsəniz və düzgün qidalansanız maddələr mübadiləsini sürətləndirmək olar. Bundan başqa maddələr mübadiləsini gücləndirməklə artıq çəkidən də yaxa qurtarmış olarsınız.

Son.az medicina.az-a istinadən maddələr mübadiləsini sürətləndirən 10 qidanın siyahısını təqdim edir:

1. Acı bibər

Tədqiqatlar acı bibərin istifadəsinin maddələr mübadiləsini minimum 25% sürətləndirdiyini göstərir.

İş ondadır ki, acı qidalar bizi daha çox tərləməyə məcbur edir. Bu kapsaitsinlə əlaqədardır. Bu maddə qan dövranını və maddələr mübadiləsini sürətləndirir, orqanizmi daha çox piy yandırmağa məcbur edir.

2. Dənli bitkilər: yulaf və qəhvəyi düyü

Sağlam qidalanma rasionunda hər zaman dənli bitkilər və yarmalar yer alır. Bunun isə səbəbi var. Buğda, yulaf, düyü və qarğıdalı kimi dənli bitkilər maddələr mübadiləsini sürətləndirən və insulinin səviyyəsində tarazlıq yaradan qida maddələri və mürəkkəb karbohidratlarla zəngindirlər.  

3. Brokkoli

Brokkoli sevimli tərəvəzlər siyahısında olmaya bilər, amma qeyd etmək lazımdır ki, bu tərəvəz maddələr mübadiləsini sürətləndirən əsas kalsium mənbəyidir. Kalsiumdan başqa bu tərəvəzin tərkibinə C, K və A kimi vitaminlər də var. Bu həmçinin rasionunuza daxil edə biləcəyiniz ən yaxşı detoks ərzaqlardandır.  

4. Qırmızı lobya

Lobyanın tərkibində həzm edilməyən nişasta var ki, bağırsaqları təmizləyir. Lobya eyni zamanda tərkibində olan liflərin sayəsində uzun müddət toxluq hissinin qorunmasına yardım edir. Lobyanın tərkibində testosterunun ifrazına səbəb olan sink və B qrup vitaminləri var.  

5. Qəhvə və yaşıl çay   Sirr deyil ki, qəhvə və yaşıl çay maddələr mübadiləsini işə salan vasitələrdəndir.