P.Bülbüloğlu: Bu sərgi moskvalılara böyük sevgi və ehtiram ruhunda təşkil olunub


Digərləri 18 Okt 2018 21:59:00 273 0

P.Bülbüloğlu: Bu sərgi moskvalılara böyük sevgi və ehtiram ruhunda təşkil olunub

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada "Azərbaycanın payız sovqatları" şəhərciyinin açılışında jurnalistlərə deyib: "Moskvalılara böyük sevgi və ehtiram ruhunda təşkil olunan bu sərgi Moskva ilə Azərbaycan arasında iqtisadi münasibətlərin gələcək inkişafına güclü təkan verəcək"

Son.az AZƏRTAC-a istinadən bildirir ki, səfir Moskva sakinlərinin tələbatının ödənilməsi üçün Azərbaycanın kifayət qədər ərzaq məhsulları istehsal etdiyini qeyd edib. P.Bülbüloğlu vurğulayıb: "Moskva on beş milyon əhalisi olan iri meqapolisdir. Burada zövqlər də, tələbat da müxtəlifdir. Bu gün moskvalıların tələbatını ödəmək üçün Azərbaycanın kifayət qədər məhsulları var. Bu sərgi, həmçinin Azərbaycan təşkilatlarının Rusiya paytaxtı ilə sıx əməkdaşlığı üçün əlavə stimul olacaq".