Qeysəriyyə əməliyyatı uşağın beyin və immunitetini zəiflədir


Digərləri 18 Okt 2018 21:35:00 257 0

Qeysəriyyə əməliyyatı uşağın beyin və immunitetini zəiflədir

Son zamanlar ölkəmizdə qeysəriyyə əməliyyatlarının sayı artmaqdadır. Bir çoxları qeysəriyyə əməliyyatının təbii doğuşla müqayisədə daha "rahat və təhlükəsiz" hesab edir.

Lakin bu heç də belə deyil. Qeysəriyyə əməliyyatının bir çox fəsadları mövcuddur, və bəzi belə fəsadlar gələcəkdə uşağın sağlamlığına ciddi təsir edə bilər.

Corciya Universitetinin (ABŞ) alimləri qeysəriyyə əməliyyatı ilə bağlı yeni araşdırmanın nəticələrini açıqlayıb.

Son.az saglamolun.com-a istinadən bildirir ki, nəticələr PNAS jurnalında dərc olunub.

Alimlərin fikrinə görə, qeysəriyyə əməliyyatı gələcəkdə uşağın beyinin inkişafına mənfi təsir edir.

Həmçinin əməliyyat nəticəsində doğulan uşaqlarda immun sisteminin inkişafı prosesi də pozulur.