Xarakter oxşarlığı münasibətlərdə nə qədər əhəmiyyətlidir?


Digərləri 18 Okt 2018 21:25:00 281 0

Xarakter oxşarlığı münasibətlərdə nə qədər əhəmiyyətlidir?

Araşdırmalar ər-arvadın şəxsiyyət xüsusiyyətləri baxımından oxşarlıq dərəcəsinin xoşbəxtliklərinə təsir edə biləcəyini göstərir.

Ancaq bu ümumi bir qayda olaraq ifadə edilməyəcək qədər qarışıq bir məsələdir.

Tək yoldaşlı bir çox canlı üzərində aparılan araşdırmalar oxşar məlumatları özündə birləşdirir: Ər-arvadın bir-birinə bənzəməsi müsbət təsir göstərir.

Cütləşən heyvanların davranışları oxşardırsa, reproduktiv müvəfəqiyyətin daha yüksək olduğu məlum olub.

İnsani cəhətdən də ər-arvadın bir-birinə bənzəməsi müsbət nəticələrə gətirib çıxarır.

Psixoloqlar və digər mütəxəssislər bu oxşarlığın faydalı olması fikrini uzun müddətdir ki, müdafiə edirdilər, çünki bu vəziyyətdə insanların eyni hədəfləri, dəyərləri və həyat prinsiplərini bölüşmək ehtimalı artır.

Lakin bu fikir məntiqi olaraq doğru olsa da, illər ərzində bu mövzuda aparılan araşdırmalardan müsbət nəticə əldə edilməyib.

Amsterdam Universitetinin psixoloqları bunun səbəbini tapdıqlarına, ər-arvadın bir-birinə bənzəməsinin xüsusilə "uyğunluq" xüsusiyyəti baxımından təsirli olduğuna inanırlar.

Ən əhəmiyyətli ünsür bəlkə də ortaq mənlik hissinə hansı dərəcədə sahib olmağınızdır

Şəxsiyyətlə yanaşı digər amilləri təhlil edən başqa araşdırmalarda da ortaq siyası fikir, yatıb-qalxmaq saatı kimi mövzularda bənzərliyin əhəmiyyət daşıdığı ortaya çıxıb.

Amma bənzərlikdən daha mühüm olan şey ər-arvadın hansı dərəcədə ortaq bir şəxsiyyət hissi inkişaf etdirmələri ilə bağlıydı.

Daha əvvəl aparılan araşdırmalarda fərqli şəxsiyyət xüsusiyyətləri baxımından ər-arvadın vəziyyəti və bunların təsirlərinə bir-bir baxmaq yerinə daha vahid bir yanaşma qəbul edilmişdi.

Məsələn, sağlam düşüncə sahibi olan hər kəs bilir ki, ər-arvadın hər ikisi də etibarlılıq və məsuliyyət xüsusiyyəti baxımından inkişaf etdiyində bənzərlik müsbət və faydalı olacaqdır.

Amma cütlüklərdən birində bu xüsusiyyət az olduğu təqdirdə, digər cütün ondan fərqli olması müsbət bir tarazlayıcı təsir göstərəcəkdir.

Amsterdam Universitetindəki tədqiqatçılar uzun müddətdir ki, evli olan amerikalı minlərlə cütlüklə bağlı şəxsiyyət, xoşbəxtlik və münasibətdə məmnunluq məlumatlarını nəzərdən keçirmiş, bu zaman da hər ər-arvadın beş əsas şəxsiyyət xüsusiyyəti ilə bağlı nisbi ballarını nəzərə almışdı.

Bütün şəxsiyyət xüsusiyyətlərinin üst-üstə düşməsi çox vaxt müsbət nəticələr verməz

Keçmişdə aparılan araşdırmalarda əldə edilən məlumatlara paralel olaraq cütlüklərin rifahı baxımından ən mühüm təsir fərdi ər-arvadın şəxsiyyətləriydi.

Cütlüklərdən biri və ya ikisi də daha uyğun, məsuliyyətli və emosional balanslı olduqda fərdlərin daha xoşbəxt olduğu məlum olub.

Lakin keçmişdəki araşdırmalardan fərqli olaraq bütün hekayə bundan ibarət deyildi.

Bir-birinin xüsusiyyətləri baxımından ər-arvadın müqayisəsi də mühüm idi.

Bir-biriylə tamamilə eyni şəxsiyyət xüsusiyyətlərinə sahib olmaq üstünlük təşkil edən bir vəziyyət deyildi.

Məsələn, ər-arvadın ikisinin də eyni dərəcədə kənara meylli olması cütlüyün ümumi rifah baxımından ideal bir vəziyyət yaratmırdı: birinin digərindən daha çox kənara meylli olması ən azından ümumi rifah baxımından daha yaxşı nəticə verirdi.

Yeni təcrübələrə açıq olmaq baxımından ər-arvadın bir-birinə bənzəməsi münasibətə müsbət təsir göstərir