Bizi özümüzə tanıdan teleqram VİDEO FOTO


Kriminal 18 Okt 2018 21:17:00 320 0

Bizi özümüzə tanıdan teleqram  VİDEO  FOTO

Çox kövrək filmdi. O dərəcədə duyğusal və kövrəkdi ki, qloballaşmaya ən çox məruz qalan kəsə də təsir etməyə bilməz. Yaxşı filmin özəyi yaxşı ədəbi material və ya ssenaridi. Bu tərkib hissəsi zövqlü, düşünməyi və duymağı özünə artıq yük bilməyən, son dərəcə peşəkar rejissor yanaşması ilə birləşəndə ərsəyə gələn kamilliklərdən biri - Arif Babayevin (25 sentyabr 1928 - 26 avqust 1983) "Bizi bağışlayın" ekran əsəri - haqqındadır budəfəki söhbətimiz. SSRİ Televiziya və Radio Yayımları Dövlət Komitəsinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilən bu film rus-sovet yazıçısı və ssenari müəllifi Yuri Vasilyeviç Bondarevin (15 mart 1924) eyniadlı hekayəsinin ekran versiyasıdır. Aqlaya Boqoslovskaya və Alla Axundovanın (film haqqında Rusiya mənbələrindəki məlumatlarda Alla Axundovanın adı qeyd olunmur) hekayənin süjetini ssenariyə çevirmək cəhdləri və bu ssenari əsasında film çəkilişi uğurla nəticələnib. Belə olmasaydı, "Azərbaycanın kino incilərindən" layihəmizin növbəti səhifəsi "Bizi bağışlayın" adlanmazdı.         

"Fotosınaqsız çəkildim"

"Bizi bağışlayın"nın nəsr variantında baş qəhrəman Pavel Georgeyeviç Safonovun ilk məhəbbətinin adı Veradır. Ssenari yazılarkən Krım-Moskva istiqamətində hərəkət edən cənub ekspressinin yolunun üstündə yerləşən cənub şəhərlərindən biri Bakıya, oranın sakinləri isə bakılılara çevriliblər. Sonralar Moskva zavodlarının birində baş konstruktor olan baş qəhrəman, daha doğrusu, əsl baş qəhrəman olan fərd və mühit və bu mühitin ekoloji təmizlik səviyyəsinin özəlliklərini tamaşaçıya çatdıran tərcüman-bələdçi Nəriman Bakının rusdilli məktəblərindən birində oxuyub. İlk sevgisi də yəhudi qızı Klara olub. Filmdə Klaranın gəncliyini canlandırmış xalq artisti Səidə xanım Quliyeva çəkiliş dövrünün xatirələrini Son.az-ın oxucuları üçün danışdı:

"1979-cu ildə Arif Babayev məni bu obrazla bağlı kinostudiyaya dəvət etdi. Bütün rollara aktyorlar seçilib təsdiq edilmişdi, bircə Klaranın cavanlığı oynayan lazım idi. Sən demə, axşam Ruhəngiz Qasımovanın "Yollar görüşəndə" televiziya tamaşasına baxanda Arif müəllim məni görən kimi deyib ki, budey, Klaranın cavanlığı. Nə isə, yaradıcı heyətin digər üzvləri də gördülər ki, Klaranın sonrakı yaş dövrünü oynayan Ariadna Şengelaya ilə oxşarlığımız çoxdu. Beləliklə, portret oxşarlığı olduğu üçün məni fotosınaqsız bu rola təsdiq etdilər. Film bütünlüklə Bakıda çəkilib. Ümumiyyətlə, Arif Babayevin filmlərində baş qəhrəman Bakı şəhəridir".

Və bu, tamamilə dəqiq müşahidədir. Və yəqin ki, belə ehtiram, sevgi qarşılıqlı olmaya bilməz - 54 yaşında dünyasını dəyişməsəydi, bu il 80 yaşını birlikdə qeyd edə biləcəyimiz gözəl rejissorlarımızdan biri paytaxtımızın ən seçilən bakılılarından, Bakını ən çox sevənlərindən biri olmasaydı, şəhərinə öz məhəbbətini bunca möhtəşəm izhar etmək bacarığına malik olmazdı, şəhərin ruhu buna icazə verməzdi.  

Obyektivin qapağını açmağı unudan operator, Sona Hacıyevanın evi...

S.Quliyeva:

"Çəkilişlərimiz gecə və axşam saatlarında başlayıb səhərə qədər davam edirdi. İş prosesi çox maraqlı keçirdi. Həsən Məmmədov, Ötkəm İsgəndərov, Ariadna Şengelaya kimi  gözəl tərəf-müqabillərim var idi. Bir dəfə isə operator obyektivin qapağını açmağı unutmuşdu. Təsəvvür edin ki, Arif müəllim nə hala düşdü. O epizod Keşlə qəsəbəsindəki Nizami parkında çəkilirdi. Səhəri dirigözlü açmışdıq və ertəsi gün çəkilişi təkrarlamalı olduq. Arif müəllim çox əsəbiləşmişdi. Sumqayıt yolunda, AFF Mall-la üzbəüz binaların birinin həyətində epizodlar çəkilib. AFF Mall-la üzbəüz binaların birində xalq artistləri Əzizə Məmmədova və Sona Hacıyeva yaşayırdılar. Bizim çəkilişlər Sona Hacıyevanın mənzilində aparılmışdı."

Aktrisanın qulağını dartan Arif Babayev 

Səidə xanım danışır ki, Arif müəllimin bir adəti var imiş, həmişə onunla rastlaşanda "qızım" deyib qulağımı dartırmış...

S.Quliyeva:

"Mən də çox gənc, 20 yaşında olmağıma baxmayaraq təəccüblənirdim ki, sanki balaca uşağam mənim qulağımı dartır... Bu filmdə mənim bacarığımı çox bəyənmişdi. Demişdi ki, növbəti filmlərinə də çəkəcək. Təəssüf ki, son filmində mənə uyğun rol olmadı, sonra isə ömrü vəfa etmədi. Onun yeri kinomuzda çox görünür, çox kinoşedevrlər yarada bilərdi... Özü ailə qurmasa da uşaqları, gəncləri çox sevirdi, hər kəsə doğru-düzgün istiqamət verməyi özünə borc bilirdi. Arif müəllimlə ünsiyyətdə olmayan adam sərt xasiyyətli olduğunu zənn edərdi, amma, əslində, son dərəcə mehriban, səmimi insan idi".

Leninin anasını oynayan knyaz Urusovun nəvəsi


Xəbərə aid fotolar