Gələcək əri ürkütməməyin yolu


Digərləri 18 Okt 2018 21:05:00 288 0

Gələcək əri ürkütməməyin yolu

"İngilis kişisi" deyəndə təsəvvürünüzdə hansı obraz yaranır? "Notting Hill" filmindəki Hugh Grant? Yoxsa "Qürur və qərəz" fimindəki, nəm köynək bədəninə yapışdığından əzələləri görünən Colin Firth? Təvazökar, dili yüngülcə pəltək vuran, qüsursuz davranışı və bir qədər məqsədsiz görünən nəzakətliyilə diqqəti cəlb edən qəhrəman?

Bir çox ölkələrdə kişilərlə müqayisədə ingilis kişiləri iradəsiz, daim inləyən, daima "olum, ya ölüm" kimi suallarla özlərini bezdirən kimi görünə bilərlər.

Amma stereotiplər aldadıcı ola bilər. Odur ki, ingilis kişilərlə görüşə gedən qadınlar, aşağıdıkı məlumatlar sizin üçün maraqlı ola bilər.

1. Gülləri unut və öz xərcini özün çək

Yalnız ilk görüşdə belə şey ola bilər. Sonrakı görüşlərdə öz xərclərini özün ödəyəcəksən.

Ola bilsin ki, ilk görüşdə kişi sizin yerinizə pul ödəsin. Lakin sonrakı görüşlərdə xərcləri özünüz ödəməli olacaqsınız.

İngilis kişisi qadına əyləşməyə kömək etməz, onun üçün əyləncə, gül və hədiyyələrə pul xərcləməz.

İngiltərədə bütün hesablar - nahardan ipoteka kreditinə qədər - kişi və qadın arasında bərabər bölünür. Hətta qadın kişidən az qazansa belə...

Elə qadınlar da var ki, bütün xərcləri özləri çəkməyə hazırdırlar. Ona görə yox ki, onlar zəngindirlər.

Belə qadınlar hesab edirlər ki, kişi onların xərcini ödəyirsə, onda belə hesab edə bilər ki, bunun əvəzində ona nəsə çatmalıdır.

Odur ki, ilk görüş zamanı çalışın öz iştahınızın haqqını əməlli-başlı ödəyəsiniz. Əslində ödəməkdən başqa şansınız da yoxdur.

2. Öz corablarını özü yusun

Paltaryuyan maşın bütün paltrayuma işlərini görə bilir.

Moskvadan gəlmiş 28 yaşlı Tanya indi Londonda öz ingilis sevgilisilə yaşayır. O deyir ki, qadın kişinin qulluqçusu yox, partnyoru olduğunu unutmamalıdır.

"İngilislər qadını ev işləri görən qulluqçu kimi yox, dost və partnyor görmək istəyirlər", - Tanya deyir.

"Rusiyada qadınlar hesab edirlər ki, kişi mətbəxə yalnız yeməyini yemək üçün gəlməlidir. Ev işlərini şərikli görmək bizim üçün təsəvvüredilməz, ingilis qadınları üçün isə bu, adi qaydadır , - ingilis sevgilisi olan digər bir rusiyalı qadın, 24 yaşlı Anastasiya deyir.

Kişilər də qab yuya bilir.

İngiltərədə ənənəvi gender stereotipləri artıq, demək olar ki, qalmayıb.

Keçirilmiş sorğular göstərib ki, rəyi soruşulanların üçdə dördü qadının yalnız ev işlərilə məşğul olması ilə razı deyil. 10 il bundan əvvəl belə düşünənlərin sayı ümumi sayın təxminən yarısı qədər idi.

Rusiyada isə keçirilən sorğu göstərib ki, qadınlar ölkədə gender bərabərliyinin mövcud olmadığı qənaətindədirlər, "feminizm" terminini isə nə qadınlar, nə də kişilər qəbul etmirlər.

3. İdman şalvarı geyməkdən utanmayın

İngilis sevgili sizin həmişə model kimi geyinəcəyinizi gözləmir. Qonaqların qarşısına, əlbəttə, yaxşı paltarda çıxmaq yaxşıdır, amma qalan vaxtı necə gəldi geyinə bilərsiniz.

Rusiyada qadınlar bəzən hətta mağazaya gündəlik ərzaq almaq üçün gedəndə də makiyajda və hündürdabanda gedirlər.

İngiltərədə isə səhər oyanıb elə həmin görünüşdə də ərzaq almaq üçün mağazaya yollanmaq mümkündür.