Göyçayda kafedə qadın qarət olundu


Digərləri 18 Okt 2018 20:48:00 261 0

Göyçayda kafedə qadın qarət olundu

Göyçay rayonunda qadın kafedə qarət edilib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Potu kəndi ərazisindəki "Şam bağı" kafesində baş verib.

Kənd sakini, Abdullayev Fuad Fərhad oğlu həmin kafedə rayon sakini, Cəbrayılova Şəhla Səlm qızının şalvarının cibindən 420 manatını götürüb hadisə yerindən qaçıb.

Faktla bağlı qadın Göyçay rayon Polis Şöbəsinə müraciət edib.