Abşeronda şirkət avtomobili 7 yaşlı uşağı vurub qaçdı


Digərləri 18 Okt 2018 20:04:00 206 0

Abşeronda şirkət avtomobili 7 yaşlı uşağı vurub qaçdı

Abşeron rayonunda şirkət əməkdaşı azyaşlını avtomobillə vurub qaçıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Xırdalan qəsəbəsində baş verib.

Xırdalan şəhər sakini Salayev Aslan Ədalət oğlu "Carlsberg-Azerbaijan" şirkətinə məxsus idarə etdiyi "Seat İbiza" markalı avtomobillə 2011-ci il təvəllüdlü Məmmədzadə Əlixan Zaur oğlunu vurub.

Avtomobil azyaşlının ayağının üstündən keçib və sürücü hadisə yerindən qaçıb.